Səyyad Əlizadə başqa xəstəxanaya köçürüldü

Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadə Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Bu barədə Manşet.az-a sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. Müğənninin saturasiyası 76, ağciyərlərində buzlaşma isə 80 faiz təşkil edir. S. Əlizadə Mərkəzi Gömrük Hospitalında Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.
Qeyd edək ki, 12 gün əvvəl koronavirusa yoluxan müğənni Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunurdu.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Çin Asiya-Sakit okean ticarət paktına qoşulmaq istəyir

SONRAKI XƏBƏR

İnfarktın az hiss olunan birinci əlaməti – Çox xəstələr bilmir