Aygün Kazımova konsertdə ağlamasının səbəbini açıqladı - VİDEO

Aygün Kazımova konsertdə ağlamasının səbəbini açıqladı - VİDEO

Xalq artisti Aygün Kazımova açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Söhbət musiqidən gedir” proqramına qonaq olan sənətçi 2017-ci ildə verdiyi konsert zamanı yaşadığı kövrək anlardan danışıb.

Kazımova uzun illərdir səhnədə olsa da bu musiqili proqrama hazırlaşmaq üçün çox çətinliklərdən keçdiyini və bu əziyyətin onu ağlatdığını açıqlayıb:

“Səhnə fəaliyyətimin 30 ili tamam olurdu. Bu musiqili proqram mənim imtahanım idi. Konsert zamanı lirika ifa edirdim. O anda hansı çətinliklərdən keçdiyim və bu konsertə hazırlaşmaq üçün nələri gözə aldığım anlar gözümün qabağına gəldi və ağlamağa başladım. Bir adamın yanında ağlaya bilərsən, amma tamaşaçı qarşısında ağlamaq tamam başqa hissdir”.

Qeyd edək ki, Xalq artistinin 4 il əvvəl təşkil edilən konserti ölkədə ajiotaj yaratmışdı. Möhtəşəm şouları və müxtəlif geyimləri ilə sevənləri qarşısına çıxan Kazımovanın hönkür-hönkür ağlaması uzun müddət mətbuatın gündəmindən düşməyərək müzakirələrə səbəb olmuşdu

Mənbə: baku.ws