“Özümü evdəki kimi hiss edirəm!” - FOTO

“Özümü evdəki kimi hiss edirəm!”  - FOTO

“TRT World” televiziyasının pakistanlı aparıcısı Cəfər Hasnain Bakıya gəlib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist öz instaqram səhifəsində bildirib.

"Salam Bakı! Azərbaycana gəlməyimdən 24 saatdan az müddət keçməsinə baxmayaraq, həddindən artıq sevgi və dəstəklə əhatə olunmuşam! Özümü evdəki kimi hiss edirəm! Sevgi dolu mesajlara görə hər kəsə təşəkkür edirəm! İkinci Qarabağ müharibəsi və azad olunan torpaqlar barədə eksklüziv yazılar tezliklə “TRT World”də yayımlanacaq. İzləmədə qalın!", - deyə o yazıb.


Mənbə: qafqazinfo.az