Ülviyyədən danışan Murad: “Açıq-saçıq səhnələrə çəkilməyə icazə vermirəm” - VİDEO

Ülviyyədən danışan Murad: “Açıq-saçıq səhnələrə çəkilməyə icazə vermirəm” - VİDEO

“Vicdan haqqı” serialı ilə məşhurlaşan aktrisa Ülviyyə Xəlibəyli və həyat yoldaşı Murad İsmayıl açıqlamaları ilə diqqət çəkiblər.

BAKU.WS xəbər verir ki, “ATV” kanalında yayımlanan “Gündən Günə” verilişinə qatılan cütlük ailə həyatından danışıb. Murad Ülviyyə ilə evlənərkən ona sənəti ilə bağlı qadağalar qoyduğunu bildirib:

“Biz ailə qurmazdan əvvəl mənim öz şərtlərim olub. Ülviyyəyə sənəti ilə bağlı bəzi şərtlər qoymuşam. Yəni ona serialda yaxud da filmdə çəkilməyə icazə verirəmsə bu müəyyən məhdudiyyətlər çərçivəsində olur.

O da mənimlə evlənəndə bunları bildirdi. Hətta rejissorlar da bilir ki, mənim ona qadağalarım var. Biz türk aktyorları deyilik ki, açıq-saçıq səhnələrə çəkilək. Elə səhnələrə çəkilməyə icazə vermirəm. Heç elə bir təkliflər də gəlmir”.

Qeyd edək ki, tanınmış cütlük “Vicdan haqqı” serialında tanış olub eşq yaşamağa başlayıb. Onlar bir müddət sonra ailə həyatı qurublar. Hazırda cütlüyün Fuad adlı oğlu var.

Mənbə: baku.ws