"Qəlbimə sıxıntı gəlir, gözlərim dolur"

"Səhranı, yarpaqların saralmasını, göy üzünün qaranlıq notlarla köklənməsini sevmirəm! Qəlbimə sıxıntı gəlir, gözlərim tez-tez dolur, daha cox duyğulara qərq oluram".

Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Aktrisa payız fəslini sevmədiyini, bu ərəfədə tez-tez kövrəldiyini deyib:

"Yay fəsli bitmək üzrədir! Mənim ən cox sevdiyim fəsil yaz və yaydır. Təbiətin canlı olması mənə ruh verir, dənizi, yaşıllığı cox sevirəm. Sağlam ruh sağlam həyatdır. Neyləmək olar, Allahın yaratdığı hər bir fəslin öz gözəlliyi və özəlliyi var. Şükürlər olsun hər günümüzə. Fəsillər dəyişdikcə, ömrümüzdən bir yarpaq düşür. Bu qısa ömrü gözəl düşüncələrlə, pisliklərdən uzaq olaraq, hər bir insan öz ömrünü sağlam ruhda yaşasın. Gözəl həyat arzusu ilə".

 

Day.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var

SONRAKI XƏBƏR

Qətərin ABŞ-dan aldığı 12 milyard dollarlıq qırıcıları - VİDEO