"Emmi" mükafatının qalibləri açıqlandı - FOTOlar

73-cü Beynəlxalq "Emmi" mükafatının qalibləri məlum olub.

Day.Az axşam.az-a istinadən bildirir ki, ötən gecə Los-Ancelesdə gerçəkləşən gecədə Taraji P. Henson, Maykl Duqlas, Sarah Paulson, Emi Poehler, Keri Vaşinqton kimi adlar mükafatları sahiblərinə təqdim edib.

"Ted Lasso" "Ən yaxşı komediya", "The Queen's Gambit" "İlin ən yaxşı mini serialı" kateqoriyasında önə çıxarkən, "The Crown" "Ən yaxşı drama serialı" mükafatını qazanıb.

"Müharibə" və "Tac" adlı ekran işləri ilə "Ən yaxşı ssenari" mükafatına Piter Marqon , "Ən yaxşı rejissor" adına Cessika Hobbs layiq görülüb.

"Ən yaxşı yardımçı aktyor" Tobis Menzis (dram), Ted Lesso (komediya), "Ən yaxşı yardımçı aktrisa" Hanna Uaddinqham (dram) seçilib.

"Ən yaxşı qadın oyunçu" Olivya Kalmon (dram), Cin Smart (komediya), "Ən yaxşı kişi oyunçu" Coş Okonor (dram), Ted Lesso (komediya) olub.

Day.az

ƏVVƏLKİ XƏBƏR

Xaçmazda 60 yaşlı kişi dənizdə boğulub

SONRAKI XƏBƏR

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var