Türkiyə səfiri: "Şuşa incəsənət, mədəniyyət və musiqi ilə dirçəlir"

Türkiyə səfiri: "Şuşa incəsənət, mədəniyyət və musiqi ilə dirçəlir"

“Azərbaycanın mədəniyyət şəhəri olan qədim Şuşa öz əhəmiyyətini geri qaytarır. Şuşa incəsənət, mədəniyyət və musiqi ilə dirçəlir.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün tviter səhifəsində yazıb.

Xatırladaq ki, işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq sentyabrın 18-də Şuşada Milli Musiqi Günü qeyd edilib və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçirilib.

Mənbə: report.az