Dünyanın ən yaşlı əkizləri “Ginnesin Rekordlar Kitabı”na düşüblər - FOTO

Yaponiyalı 107 yaşlı iki bacı dünyanın ən yaşlı əkizləri elan edilib.

Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat yayılıb.

Kome Kodama və Umeno Sumiyama 5 noyabr 1913-cü ildə Yaponiyanın Kaqava prefekturasındakı Sedo adasında anadan olublar. Onların ailəsində 13 uşaq böyüb. Bacılar kiçik yaşlarından ayrı yaşamağa başlayıblar. Eyni zamanda, bir-biri ilə əlaqə saxlayıblar.

Qadınlar iki dünya müharibəsinə şahidlik ediblər. Onlar bir-birlərini yalnız ailə üzvlərinin yas və toy mərasimlərində görüblər.

Hazırda onlar müxtəlif qocalar evlərində qalırlar. Kodama və Sumiyama artıq tarixin ən yaşlı əkizləri olduqlarını təsdiq edən sertifikatlarla təltif olunublar.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bu gündən Azərbaycanda məktəblər açılır

SONRAKI XƏBƏR

ÜST: “Koronavirusu ağır keçirən və ölənlərin 99%-i peyvənd olunmayanlardır”