Ona "yekəxana" deyən izləyicisinə əsəbiləşdi

"Evdə həddən artıq çox evdaram. Evdə olanda iş bitmir, haranısa töküb yığışdırmalıyam. Çox bişirib-düşürənəm. Amma elə ki, evdən çıxdım, 180 dərəcə dəyişirəm".

Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli özü haqqında deyib. Sənətçi izləyicilərinin ona ünvanlandığı sualları cavablandırıb.

Günay avtomobil idarə etməsi haqda suala "Sürücülük kursuna getmişəm. İlk dəfə mexanika sürməyi öyrənmişən, 2107-də. İmtahanların hamısını özüm vermişəm, istər test, istərsə də sürmə. El arasında adım "Şumaxer Günay"dır" cavabını verib.

Sənətçi onu "Yekəxana, lovğa" adlandıran izləyicisinə isə əsəbiləşib:

"Səbəbi sizin elə görməyiniz, analiz etməyinizdir. Baxış açınızın o formada olması. Siz elə görmək istəyirsiniz deyə mənim həyatım sizə o formada təzahür edir. Baxış açınızı dəyişin. Dar düşüncələrlə analiz etməyin".

Day.az

ƏVVƏLKİ XƏBƏR

Nuriyevin komandasının kubokdakı rəqibi məlum oldu

SONRAKI XƏBƏR

Türkiyədə dəniz taksiləri vətəndaşların istifadəsinə verildi - FOTO