Sərdar Ortaç üzr istədi: "Çox böyük tərbiyəsizlik etdim!" - VİDEO

Sərdar Ortaç üzr istədi: "Çox böyük tərbiyəsizlik etdim!" - VİDEO

Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib. Daha sonra ifaçının klubu təhqir etdiyi görüntülər sosial şəbəkələrdə yayılaraq insanların qəzəbinə tuş gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi etdiyi təhqirlərdən sonra video yayımlayaraq üzr istəyib:

“Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni başğışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarasınız”.

Mənbə: baku.ws