Aparıcı Xoşqədəmdən SƏRT CAVAB: 27 yaşında valideynlə qalan kişiyə pis baxıram

Aparıcı Xoşqədəmdən SƏRT CAVAB:  27 yaşında valideynlə qalan kişiyə pis baxıram

"Böyük oğlumun 27 yaşı var. Onun ana yanında dayanması məncə, bir kişi üçün yaxşı deyil. 27 yaşımda mən qadınlığımla ölkəmdə kifayət qədər tanınan, təkbaşına həyatını, evini quran idim. Təkbaşına uşaq saxlayırdım. Bir qəzetin baş redaktoru idim. Nə qədər işçisi olan insan idim".

Metbuat.az axşam.az- istinadla xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı söyləyib. O, böyük oğlu ilə bağlı sualları cavablandırıb. Hidayətqızı "Böyük oğlunuz niyə yanınızda yoxdur" sualına əsəbiləşib:

"27 yaşında kişi 3-5 yaşında uşaq deyil. Siz məndən Arda və Arını soruşsanız, deyərdim yanımdadır. 27 yaşında kişi ana, ata, ailə, nəsil saxlayır, vəzifə başında olur. Ana yanında olmur, özünə bunu sığışdırmır. Mən istəyirəm ki, bizim kişilərimiz kişi kimi, şəxsiyyətli böyüsünlər. Bu şəkildə düşünün. 27 yaşı var, o yaşda atamın neçə uşağı var idi.

27 yaşında bir kişinin ana yanında olması, ana tərəfindən saxlanılması utancvericidir. Əgər elə bir yaşda ata-ana yanındasansa, ayıbdır. Ata-ananı sən saxlamalısan, gözəl iş sahibi olmalısan. Vəzifə önəmli deyil. Əsas iş sahibi olmağındır. Pis baxıram ki, 27, 30, 40 yaşında kişi hələ də valideyn yanındadır. Ayrı yaşaması lazımdır. Onu mənim yanımda axtarmayın. Harada olacaq, işində gücündə".

Övladını evləndirməklə bağlı yazılanlara Xoşqədəm "O da mənim işim deyil. Bir insanı zorla evləndirmək olmaz. Gərək özü istəsin, bəyəndiyi olsun ki, evləndirim. İstəsə, məmnuniyyətlə" reaksiyasını verib.

Qeyd edək ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə qurub. Onun bu nikahdan əkiz övladları var. Onun ilk nikahdan isə 27 yaşında oğlu var.

 

 

Mənbə: metbuat.az