Məşhur müğənninin evinə hücum edilib: Əlində bıçaqla...

Məşhur müğənninin evinə hücum edilib:  Əlində bıçaqla...

Məşhur amerikalı müğənni Ariana Qrand ölüm təhlükəsi ilə üz-üzə qaldığını etiraf edib.

Manşet.az bildirir ki, ifaçı son bir neçə gündür bir nəfərin onu izlədiyini deyib. Hətta təqibçi sentyabrın 9-da Ariananın evinə kimi gəlib, əlində bıçaqla ona hücum etməyə çalışıb. Ardınca mühafizəçi müdaxilə etsə də, sözügedən şəxs "Ariananı öldürəcəm”, deyə qışqırıb.

İfaçının polisə şikayətindən sonra "stalker" tutulub. Buna baxmayaraq, aktrisa özü və ailəsinin həyatının təhlükə altında olduğunu söyləyib. Qrand qeyd edib ki, təqsirləndirilən şəxs yenidən həbsxanadan çıxıb evinə hücum edə bilər.
sfera.az

 

 

Mənbə: manset.az