“Aşıq Yedigar” xəstəxanaya yerləşdirilib

Koronavirusa yoluxmuş Şuşa Musiqili Dram Teatrının rəhbəri, Əməkdar artisti Yadigar Muradovun səhhəti pisləşdiyindən Zığ qəsəbəsindəki Modul Tipli Xəstaxanaya yerləşdirlib.

Modern.az xəbər verir ki, bu barədə onun dostları bildiriblər. Onlar Səhiyyə və Mədəniyyət nazirliklərini Yadigar Muradovun səhhətinə diqqəti artırmağa çağırıblar.

Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur.

O, vaxtilə ANS televiziyasında yayımlanan “Qulp” verilişinin aparıcı obrazlarından biri - “Aşıq Yedigar” kimi tanınıb.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Niderlandda “Vətən Müharibəsi” şəhidlərimiz yad edildi

SONRAKI XƏBƏR

Aktyorların qazancları nə qədərdir?