Bu sürpriz Tatlısəsi göz yaşına boğdu - FOTO

Konsertində dillər əzbəri olan klassik mahnılarını səsləndirən İbrahim Tatlısəs tamaşaçılara unudulmaz anlar yaşadıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, oğlu İdo ilə konsertin ortasında səhnəyə çıxan Tatlısəs qonaqlar arasında olan Dərya Tuna üçün "Dəryalım" mahnısını ifa edib.

Dərya Tuna, oğlu İdo, gəlini Yasəmən Şəfqətli və Buket Aydın son gün İbrahim Tatlısəsə qulaq asmağa gələnlər arasında yer alıb.

Konsertin sonunda səhnədən düşən İ.Tatlısəs böyük bir sürprizlə qarşılaşıb. Komandasının hazırladığı Tatlısəs fiqurları olan tort və sənətçinin dünəndən bu günə qədər olan şəkilləri "İmperator"u göz yaşlarına qərq edib. Müğənni komandası ilə birlikdə 3 günlük konsert uğurunu qeyd edib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Vətən müharibəsi şəhidlərinin xatirəsi İstanbulda anılıb

SONRAKI XƏBƏR

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan STATİSTİKASI - FOTO