Elgiz Əkbər müğənnilərə söz atdı: "Necə yondurub düzəltdirirlər o çanağı?"

Elgiz Əkbər müğənnilərə söz atdı: "Necə yondurub düzəltdirirlər o çanağı?"

Aparıcı Elgiz Əkbər qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o aparıcısı olduğu "Elgizlə izlə" proqramın da plastik əməliyyatlardan danışaraq müğənnilərə söz atıb.

Elgiz sənət aləmindəki bəzi sənətçilərin sırf estetik əmliyyatlarla gündəmdə olduğunu bildirib:

“Şou-biznesdə 2-3 müğənni var ki, ancaq çanaq əməliyyatı ilə gündəmdə qalırlar. Bu əməliyyatlarından danışırlar. Çox qəribədir, necə yondudurub düzəltdirirlər o çanağı?”.

Bu zaman proqramda qonaq olan tanınmış plastik cərrahlardan biri bu əməliyyatı etdirmək istəyən xanımlara bədən ölçülərinə uyğun formada estetik əməliyyat etdirməyi məsləhət gördüyünü bildirib.

Mənbə: baku.ws