II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının birinci günü "Barokko musiqi axşamı" konsert proqramı ilə başa çatdı - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən "II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı" çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko Musiqi" axşamı təqdim olundu.

Konsert proqramında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri , Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov, Əyyub Quliyev, Fəridə Məmmədov, Ilham Nəzərov və Səbinə Əsədova və Cəlal Kərimov dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkilləri çəkdiriblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Putin qadın aparıcıya cavabı ilə gündəm oldu - FOTO + VIDEO

SONRAKI XƏBƏR

"Real" 2 dünya ulduzunu transfer edir - Vaxt da məlumdur