“Uşaqlarımı aparır restorana, deyir, sizin yeni ananızdır”

"Mətanət İsgəndərli, sən Allahdan qorx. Məni təhqir edirsən, yalanlar danışırsan ki, mən 10 il sizdə qalmışam. Bunun altından çıxa biləcəksən? İnsan necə yalan danışıb şər-böhtan ata bilər?"

"Qafqazinfo" xəbər verir ki, bunu Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan, qayınanasının açıqlamasına cavab verərkən deyib.

Özünün İnstaqram hesabında paylaşım edən Cananın sözlərindən belə başa düşülür ki, uşaqları onunla birgə qalmır:

"Mənim balalarımı götürmüsən, uşaqlarıma psixoloji travma yaşadırsan, evdə köməkçinin ümidinə qoyub gedirsən. Adamın, pulun var deyə zərbələr vurursan. Mənim evim yoxdur deyə, uşaqlarımı əlimdən alacaqsan? Mən balamdan ötəri nə qədər əziyyət çəkdim. Siz atıb Moskvaya getdiniz, ancaq mən onları ayaqda saxladım. Oğluna kimi istəyirsən al, kiminlə istəyir gəzsin. Uşaqlarımı aparır restorana, deyir, sizin yeni ananızdır. Səndə analıq hissi yoxdur. Bəsdirin də məni incitdiniz, hər tərəfdən vurdunuz. Anamın qəbrinə and verirəm ki, mən sənə balalarımı verməyəcəm, onları geri qaytaracam. Özünü güclü sayma, göydə Allah var".

Qeyd edək ki, Əməkdar artist "Günün sədası" proqramında keçmiş gəlini ilə bağlı bir sıra açıqlamalar verib. Nəvələri barədə də danışan Mətanət İsgəndərli bildirib ki, uşaqlar oğlu Kərimdən əl çəkmirlər:

"Deyirəm, ananı istəyirsinizsə, sizi göndərim. Cavab verirlər ki, yox, gedirik, amma axşam qayıdıb gələcəyik. Uşaqlar getmirlər. Mən belə qəddaram ki, ananı baladan ayırım? Hərdən Kərimə deyirdim ki, ona heç nə demə, anasız qızdır. Mən Cananı anası öləndən sonra ürəyimin başına qoymuşdum. İndi balaları üçün ağlayır. Balaları üçün ağlayan qadın ailəsini dağıtmazdı. Gərək dava edəndə elə edəsən ki, barışmağa yer qoyasan. Bu qız barışmağa yer qoymadı. Onu kim yoldan çıxardısa, Allah onun evini yıxsın. Oğlumdan 5 yaş böyükdür, 42 yaşı var, 15-20 yaşı yoxdur ki, qabağıma qoyum danışım. 10 il nişanlı ola-ola evimdə qalıb. Ümumi 23 il evimdə yaşayıb. Onun üçün hər şey etmişəm, altında maşını, köməkçisi olub, salon açmışam. Hər il kurortlara göndərirdim. Daha insana nə lazımdır? Axırda dedi ki, mən azad və sərbəst olmaq istəyirəm. Biz 6 ay Moskvada olmuşuq, uşaqlar ev dustağı olublar. Biz gələndən sonra uşaqlar yapışdı, getmirlər. Mən onları necə qovum? Ağlayırlar ki, biz burada qalırıq. Kərim evə gələndə uşaqlar onla yatır.

Əvvala özü yıxılan ağlamaz. Sən özün öz evini dağıtmısan. Uşaqları qulluqçunun yanına atıb, səhər evdən çıxır, axşam gəlir. Uşaqlar deyir ki, evə gələndə ancaq telefonla danışır. Uşaqlar sevgisiz qalıblar. Amma bizdə uşaqlar nəzarət altındadır, dayə tutmuşam, evə müəllimlər gəlir. Mən onlar üçün yaşayıram. Sənin 42 yaşın var e, nə azad yaşamaq? Sənin üç uşağın var, onlar üçün yaşamalısan. Əgər dünyaya övlad gətirmisənsə, onlar üçün yaşamalısan. Bu adam evdən çıxanda dedi ki, mən özüm üçün yaşamaq istəyirəm. Moskvada olanda bizi uşaqlarla danışmağa qoymurdu. Amma mən elə deyiləm, gəlsin aparsın, uşaqları görsün".

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun Suqovuşan və Talışa səfəri təşkil olunub

SONRAKI XƏBƏR

“Masada silah və peyvənd olsa, seçimim başımdan vurulmağım olar”