“Kişi gərək arvaddan bir az qorxsun” - Zaur

Zaur Baxşəliyev maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az olay.az-a istinadla yazır ki, o, aparıcısı olduğu "Bizimləsən" verilişində qonaq qismində iştirak edən xanıma "Nənən də verilişə gəlsin, maşın göndərəcəm dalınca" sözlərini deyib.

Zaur daha sonra "Mən nənələri sevirəm. Günay gözümün odunu necə alıbsa, ancaq nənələri sevirəm. Kişi gərək arvaddan bir az çəkinə, qorxa. Belə deyən kimi anam yazacaq ki, nə danışırsan?" fikirləri ilə studiyada gülüşə səbəb olub.

Qeyd edək ki, Z.Baxşəliyev və Günay Baxşəliyeva 2012-ci ildə ailə qurub. Onların Dilavər və Davud adlı iki övladı var.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Kəbə və Peyğəmbər məscidi tammiqyaslı ziyarət üçün açılır

SONRAKI XƏBƏR

Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun Suqovuşan və Talışa səfəri təşkil olunub