İllər sonra obyektiv qarşısına keçdi - FOTO

Ötən gün ilk dəfə Londonda "Earthshot" mükafatının təqdim olunma mərasimi baş tutub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qonaqlar arasında yer alan 31 yaşlı Emma Uotson 2 illik aradan sonra ilk dəfə obyektiv qarşısına keçib. Mükafat almasa da, Emma gecənin qonaqları sırasında yer alıb.

Qeyd edək ki, Emma sonuncu dəfə 2019-cu ilin dekabrında Nyu-Yorkda baş tutan "Balaca qadın" filminin premyerasında görünüb. Bundan sonra aktrisa gözdən itib və onun karyerasına son qoyacağı ilə bağlı şayiələr yayılıb. Aktrisa xəbərləri təkzib etsə də, son illər yalnız şəxsi həyatı ilə gündəmə gəlməyi bacarıb.

Emma hazırda kaliforniyalı biznesmen Leo Robintonla sevgilidir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Cari il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub

SONRAKI XƏBƏR

Ermənistanda saxta COVID-19 pasportlarının növbəti satışı faktları aşkarlanıb