"Dodaq boyasının yaraşmadığını bildiyi halda istifadə edən məxluqa qadın deyilir"

"Dodaq boyasının yaraşmadığını bildiyi halda istifadə edən məxluqa qadın deyilir"

Aktrisa-aparıcı Cəmilə Tağızadə intsaqram paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, yeni fotosunu paylaşaraq özünü tənqid edib:

"Bu dodaq boyasının yaraşmadığını bildiyi halda istifadə edən məxluqa qadın deyilir. Öz bildiyini edənə isə Cama ( Cəmilə- red) deyərlər. Şalvarın altından qara corabı geyindim, ayaqqabıya yaraşmadığını görsəm də, ərinib, dəyişmədim, beləcə evdən çıxdım. Bir insan niyə bu qədər rahat olsun ki? Əvvəllər makiyaj və saç düzümü üçün gözəllik salonuna qaçırdım. İndi isə ərindiyimdən geyimimi belə düzgün seçmirəm. Görəsən, qocalıram? Hələ yaxşı ki, verilişə "Bomj" kimi çıxmamışam".

Mənbə: news.milli.az