Tomas Ceffersonun Nyu-York şəhərindəki heykəli söküləcək

Bakı, 19 oktyabr, AZƏRTAC

Nyu-York qanunvericiləri ABŞ-ın əsasını qoyanlardan biri olan Tomas Ceffersonun heykəlinin şəhər administrasiyası binasından götürülməsinə səs verib.

AZƏRTAC NBC News telekanalına istinadla xəbər verir ki, heykəlin götürülməsi barədə qərar Ceffersonun quldarlıq keçmişi səbəbindən qəbul olunub. Şəhər administrasıyasının üzvləri buna neçə illərdən sonra nail olublar. Belə ki, heykəl azlıqların bir neçə qrupu üçün təhqir sayıla bilər.

Heykəlin sökülməsinə Afrika əsilli Corc Floydun ağdərili polis tərəfindən hay-küylü qətli təkan verib. Heykəl Nyu-Yorkun tarıx-elm muzeyinə qoyulacaq.

Son vaxtlar ABŞ-ın bir çox şəhərlərində 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı şimallılarla döyüşmüş cənublu konfederatların xatirəsinə ucaldılmış bir çox abidələr sökülüb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Antalya turist axınında heyrətamiz statistika açıqladı

SONRAKI XƏBƏR

"Villam, lüks maşınım var, pulluyam, amma yalqızam" deyib ağladı - VİDEO