Kraliça “İlin yaşlı qadını” mükafatını istəmədi

Kraliça “İlin yaşlı qadını” mükafatını istəmədi

Böyük Britaniya kraliçası II Yelizaveta “İlin yaşlı qadını” mükafatından imtina edib.

“Qafqazinfo” “Mirror”a istinadən xəbər verir ki, kraliça “mükafatın kriteriyalarına cavab vermədiyini” bildirib.

Onun fikrincə, hər kəs özünü hiss etdiyi yaşdadır. Kraliçaya bu titulun verilməsi ilə bağlı məktub teleaparıcı Hayls Brandret tərəfindən onun şəxsi mətbuat katibinə göndərilib.

Keçmiş Baş nazir Con Meycor, rəssam Devid Hokni kimi məşjhurların aldığı mükafatın nüfuzuna baxmayaraq, mətbuat katibi bildirib ki, kraliça onu almaq istəmir.

“Əlahəzrət inanır ki, insan hiss etdiyi yaşdadır. Bu səbəbdən Əlahəzrət bu adı qəbul edə bilmək üçün uyğun meyarlara cavab verdiyinə inanmır və daha layiqli bir namizəd tapacağınıza ümid edir”, - deyə II Yelizavetanın mətbuat katibi bildirib.

Qeyd edək ki, mükafat 88 yaşlı aktrisa və müğənni Petula Klarka verilib.

Mənbə: qafqazinfo.az