Abbas Bağırov aparıcılıq edəcək

Abbas Bağırov aparıcılıq edəcək

Əməkdar artist Abbas Bağırov aparıcılıq edəcək.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "MTV Azərbaycan"a müsahibəsində danışıb. A.Bağırov "YouTube" üçün 3 il öncə düşündüyü akustik layihənin aparıcısı olacağını bildirib:

"Hansısa kanallar verilişimin müəyyən buraxılışlarını istəsələr, onları icarəyə verəcəyəm. Hər verilişdə bir müğənni qonaq olacaq. Canlı ifalar səslənəcək. Gələcəkdə bu proqramı böyük studiyada tamaşaçılarla birlikdə etməyi düşünürəm, amma hələlik kiçik məkanda çəkiləcək".

 

 

Mənbə: big.az