Lobodanın acığına onunla sevgili oldu - FOTO

Lobodanın acığına onunla sevgili oldu - FOTO

Müğənni Svetlana Loboda ilə münasibətinə son qoyan "Rammstein" qrupunun solisti Till Lindemann yeni eşqə yelkən açıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, Tillin seçdiyi yeni sevgilisinin kimliyi isə hamını təəccüvləndirib. Belə ki, o, bir vaxtlar Loboda ilə qalmaqal yaşayan müğənni Mari Kraymbreri ilə sevgilidir. Till Marinin konsertlərindən birinə əlində gül dəstəsi ilə gedib və onun otağına daxil olaraq, tanış olub. Daha sonra VİP yerdə əyləşərək onu izləyib.

Loboda ilə Mari "Zolotoy qrammofon" ərəfəsində mübahisə etmişdi. Lindemannın Svetlananın acığına onunla küsülü olan ifaçıya yaxınlaşdığı iddia edilib.

Qeyd edək ki, Loboda və Till 2017 -ci ilin yayından münasibətə başlayıb. Svetlana ondan bir qız dünyaya gətirib və adını Tilda qoyub. Svetlana bu günə qədər qızının atasının Till olduğunu etiraf etməyib.

Hazırda Loboda adını gizli saxladığı biznesmenlə eşq yaşayır. O, sevgilisi ilə birlikdə Kiprə köçüb.

Mari Kraymbreri

Mənbə: news.day.az