“Ayağım gorda olanda yardım nəyimə lazımdır“ - Əməkdar artist + Video

“Ayağım gorda olanda yardım nəyimə lazımdır“ - Əməkdar artist  + Video

Əməkdar artist Gövhər Rzayeva yaşadığı maddi sıxıntılardan danışıb.

Yenisabah.az xəbər verir ki, sənətçi pandemiya dövründə əziyyət çəkdiyini bildirib. O, bu barədə “Günün Sədası” proqramında məlumat verib:

"Qarmon sənətinin əziyyəti çoxdur, amma qazancı azdır. Hər toya da getmirəm. Əzizlərimin toyuna gedirəm, bilirəm ki, əziyyətimə dəyər. Sillə ilə üz qızardırıq. Pandemiyada əziyyət çəkdik. Toy olanda hamı qazanırdı. Çox əziyyət çəkdim. Nə qızılım var idi, hamısını satdım. Oturursan evdə, qapı döyülür, qaz, işıq pulu istəyən gəlir. Yeyib-içmək var, qadın üçün çox əziyyətlidir. Həm kişiyik, həm qadın, özümüzü idarə edirik. Mən heç kimə maddi problemlər barəsində nəsə demirəm, utanıram. Guya desəm, kömək edəcəklər? O vaxt kömək ediləcək ki, mənə artıq lazım olmayacaq. Bir ayağım gorda olanda yardım olunacaq, nəyimə lazımdır? Özümə deyirəm ki, görünüş varlı, cibi boş, yazıq Gövhər".

Həmin görüntüləri təqdim edirik:

Mənbə: yenisabah.az