Könül Kərimova Xəzər TV-yə “yox” dedi

Könül Kərimova Xəzər TV-yə “yox” dedi

Bir neçə ay əvvəl Əməkdar artist Könül Kərimova Xəzər TV-yə aparıcı kimi dəvət alıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ona Kanal D-də yayımlanan "Şarkılar bizi söyler" proqramı formatında veriliş təqdim olunub.

Ona türk müğənni Sibel Can kimi iki sənət nümayəndəsi ilə birlikdə efirə çıxacağı qeyd olunub.

K. Kərimova təkliflə razılaşıb və həmkarı Cabbar Musayevi də layihəyə dəvət alıb. Lakin bir müddət sonra Əməkdar artist Xəzər TV-yə səbəb göstərmədən "yox" cavabını deyib.

Mənbə: news.milli.az