Zaurun şərhinə Xoşqədəmdən cavab - FOTO

Zaurun şərhinə Xoşqədəmdən cavab - FOTO

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib.

Axşam.az-ın məlumatına görə, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə Hidayətqızı ilə fotosunu yayımlayaraq, onu təbrik edib.

Tolikin paylaşımına şərh yazanlardan biri də illərdir Xoşqədəmlə küsülü olan aparıcı Zaur Baxşəliyev olub. O, "Uğurlar, xeyirli olsun" qısa şərhini yazaraq, barışıq addımı atıb.

X.Hidayətqızı da həmkarının şərhini cavabsız qoymayıb. O, Zaura "Minnətdaram, zaur bəy" reaksiyasını verib.

Qeyd edək ki, Hidayətqızı ilə Baxşəliyev arasındakı qalmaqal ATV kanalında çalışan ərəfədən başlayıb. Onlar dəfələrlə verilişlərində bir-birinə söz atıblar.

Bir müddət əvvəl isə Zaur proqramında Hidayətqızı ilə bağlı təriflər səsləndirib.

 

 

 

 

 

Mənbə: big.az