Muzeylərdə və sənət qaleriyalarına giriş ödənişli olduğu halda, burada şəkil çəkdirmək üçün də əlavə vəsait tələb olunur.
Bunun səbəbi ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən muzey fondlarına daxil olan və Azərbaycan Respublikası muzeylərində saxlanılan muzey əşyalarının, eləcə də kolleksiyalarının kommersiya məqsədi ilə əks etdirilməsi hüququ muzeylərə məxsusdur.
Həmin Qanunun 25-ci maddəsinə görə muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər.
Bu fəaliyyətdən əldə edilən gəlir bütövlükdə muzeylərin sərəncamında qalır.
Mənbə: bizim.media