Kraliça bu mükafatdan imtina etdi

Kraliça bu mükafatdan imtina etdi

95 yaşlı Böyük Britaniya kraliçası II Elizabet ölkənin "Oldie" jurnalı tərəfindən "İlin yaşlısı" seçilib.

BiG.AZ xəbər verir ki, kraliça bu ada layiq görülməkdən imtina edib. Bu barədə nəşr özü məlumat yayıb. II Elizabetin katibəsi tərəfindən jurnala ünvanlanan məktubda kraliçanın özünü yaşlı hiss etmədiyi və bu səbəbdən addan imtina etməli olduğu qeyd olunub:

"Kraliça II Elizabet insanın hiss etdiyi yaşda olduğuna inanır. Bu səbəbdən o mükafat üçün nəzərdə tutulan kriteriyaya uyğun gəlmədiyini düşünür və daha layiqli birini tapmağınıza ümid edir".

Bundan sonra "İlin yaşlısı" mükafatı 90 yaşlı aktrisa və rəqqasə Lesli Kerona verilib.

Qeyd edək ki, "Oldie" jurnalı tərəfindən hər il təqdim olunan mükafat yaşlı insanlara həyatı boyunca qazandığı uğurları təbrik etmək məqsədilə verilir./Axşam.az

 

 

 

 

 

Mənbə: big.az