Aydan "Ən bahalı həyat yaşayan rəssam qadınlar" siyahısında

Aydan "Ən bahalı həyat yaşayan rəssam qadınlar" siyahısında

"The Art Newspaper Russia" qəzeti "Ən bahalı həyat yaşayan rəssam qadınlar" adlı Top 50 siyahı hazırlayıblar.

Day.Az axşam.az-a istinadən bildirir ki, qəzetdə xanımların hansı kriteriyaya əsasən siyahıya salınması da izah edilib. Belə ki, onların 2020-ci ildə əsərlərinin hərracda və sərgilərdə satılma qiymətləri araşdırılıb. Qaleriyalarda əsərlərinin neçəyə satıldığı nəzərdən keçirilib, amma qiymətlər açıqlanmayıb.

Top 50-də 44-cü yerdə azərbaycanlı rəssam Aydan Salahovanın adı yer alıb. Rusiyada yaşayan və çalışan Aydan rəssam, heykəltəraş, keçmiş qalereya sahibi, müasir rus incəsənətinin önəmli simalarından biri kimi təqdim edilib.

Yazıda qeyd edilib ki, Aydanın əsərlərindən biri Moskvada hərracda 53 808 dollara (91 500 manat) satılıb.

Eyni zamanda bildirilib ki, mərhum Xalq rəssamı Tahir Salahovun qızı Aydan "Артхроника" jurnalında Rusiya incəsənətinin ən önəmli siması kimi təqdim edilir.

Mənbə: news.day.az