“Nadirə bəhanə lazımdır“ deyənlərə Qafarzadə belə cavab verdi

“Nadirə bəhanə lazımdır“ deyənlərə Qafarzadə belə cavab verdi

Müğənni Nadir Qafarzadə həmkrları haqda çıxışına əks-cavab verənləri topa tutub.

Xatırladaq ki, o, bir neçə gün əvvəl Elton Hüseynəliyev və Xəyyam Nisanovun fəxri ad almasına təpki vermişdi.

Daha sonra, üçüncü "hücum"unda ifaçı Mədəniyyət Nazirliyinin şikayətlərinə əhəmiyyət vermədiyini bildirib.

Sosial şəbəkələrdə qısa zamanda yayılan müraciətdən sonra Nadir Qafarzadəni dəstəkləyən də, tənqid edən də olub.

Bəziləri Nadirin şikayətlərini ölkədən biryolluq getməsi üçün bəhanə sayıb.

Yenisabah.az-a danışan ifaçı bu ittihamları qəbul etməyib.

Bir neçə ay əvvəl Rusiyaya köçməyi planladığını deyən Qafarzadə hazırda belə bir niyyətinin olmadığını deyib:

“Yox, bu yalandır. Evimdə oturmuşam, artıq 50 yaşım var, bundan sonra hara gedəcəyəm?! Heç yerə getmirəm, öz ölkəmdə yaşayıram”.

Müğənni sosial şəbəkədəki müraciətindən sonra da Mədəniyyət Nazirliyinin şikayətinə məhəl qoymadığını qeyd edib:

“Nazirlikdən yenə də səs çıxmadı. Heç bir reaksiya vermədilər. Müraciətimdən sonra həmkarlarımdan da heç kim mənə dəstək olmadı”.

Əsmətxanım

Mənbə: yenisabah.az