30 il sonra Ermənistan görsəniz, goruma söyərsiniz - Şeyx Əbdül

30 il sonra Ermənistan görsəniz, goruma söyərsiniz - Şeyx Əbdül

“Vahid mərkəzdən idarə olunan Ermənistan adlı bir dövlət heç vaxt olmayıb. Ermənistan 4 və ya 5 maraqlı qüvvələr tərəfindən idarə edilib, çünki onlar tərəfindən də maliyyələşir. Əsas mərkəz də Livan, Fransa və ABŞ-dadır. İndi bir hissəsi də Rusiyadadır”.

Bunu Teleqraf.com-a konorejissor Şeyx Əbdül Mahmudov deyib.

Onun sözlərinə görə, indi Ermənistan deyilən məntəqə katalikoslar tərəfindən idarə olunur:

“Ayda iki dəfə katalikosun yanında bunların toplantısı olur. Dünyanın hər yerindən xəyanətkar, satqın, terrorist ermənilər gəlib buradan təlimat alırlar. Əsas məqsəd də indiki Ermənistan deyilən ərazini gəlir mənbəyi kimi saxlamaqdır. Söhbət Ermənistandan, dövlətdən və ya dövlətçilikdən getmir. Çünki Azərbaycan Avropa və Asiyanı birləşdirən nöqtədir. Maşallah, İpək yolu, qaz xətti, neft boruları, Şimal-Cənub dəhlizi hamısı Azərbaycanla bağlıdır. Burada söhbət geosiyasi məqamlardan gedir. Zamanında ruslar Ermənistanı forpost kimi yaradaraq Türk dünyasına qarşı istifadə edirdi. Yəni bufer zona yaratmışdı”.

Şeyx Əbdül Mahmudov bildirib ki, hələ uzun illər əvvəl erməniləri burada yerləşdirmək məsələsinin tarixi var:

“İndiki Ermənistanın inkişafı, formalaşması, yerləşməsi üçün dünya gəzən erməni milyonçular fond yaratdı. Dünyada elə bir erməni yoxdur ki, bu fonda pul köçürməsin. Onlar xaricdə işləyib pul toplayır və fondun vasitəsilə Ermənistana ötürürlər. Yəni uzun illərdir ki, belə sistem var. Amma son müharibə göstərdi ki, Ermənistana ötürülən bu milyardların hamısı oğurlanıb və talanıb. Sərkisyanlar, Köçəryanlar bu maliyyəni silib-süpürüb. Silaha verilən pullar olub. Amma müharibə ortaya çıxardı ki, bu silahlar köhnə və xarabdır. Bu texnikanı da bizim uşaqlar ələ keçirib gətirdilər Bakının mərkəzinə. İndi də Ermənistanı ayaqda saxlayan xaricdəki milyarderlərin İrəvanda olan nümayəndələridir. Son günlərdə çaşıb qalıblar. O tərəfdən Türkiyə güclənir, Azərbaycan qələbə çaldı, ruslar da tədircən çəkilir”.

Əbdül Mahmudov bəyan edib ki, yaxın 20-30 ildə Ermənistan dövləti deyilən ölkə olmayacaq:

“Mən, sizə yazılı şəkildə yazıb verə bilərəm. Bir neçə ildən sonra əgər Ermənistan görsəniz, goruma söyərsiniz. Artıq rus da bilir ki, dünya kosmosdan idarə edilir, meşədə 3-4 çaqqalın güllə atması ilə heç nə həl edilmir. Dünya keçib atoma, nüvəyə, kosmosa. İndi türkün qarşısında erməni nəyə lazımdır ki, rusun boğazında dayanıblar. Sadəcə dünya siyasəti var, qəfil imtina etmirlər. Nəzərə alın ki, Rusiyada da güclü erməni diasporu var. Bir az vaxt lazımdır. Tarix var. Ermənilər ən azı 5 dəfə köçürülüb. Tarix yazır ki, onlar harada yaşayıbsa, hansı dövlətin tərkibində qalıbsa, ona da xəyanət edib. Həm də köçdükləri yerə bir kişi, 4-5 xanım köçüb. İndi siz Xankəndinə baxın, az qala rus əsgərləri populyar olub".

Mənbə: teleqraf.com