Yıldız Tilbe qonaqları güldürdü

Müğənni Yıldız Tilbe Kuruçeşmədə açıq hava konserti verib.

Publika.az xəbər verir ki, səhnədə ard-arda hitlərini səsləndirən ifaçının çıxışları alqışlarla qarşılanıb.

Müğənni auditoriyaya müraciət edərək “Sakit, yoxsa hərəkətli mahnı istəyirsiniz” sualını verib. Duyğusal mahnıların daha çox tələb olunduğunu görən sənətçi “Bizim millət normal deyil, insan niyə ağlamaq istəsin ki?” deyərək qonaqları güldürüb.

Konsertə xüsusi hazırlaşdığını deyən Yıldız Tilbe sözlərinə belə davam edib: “Özünü necə düzəldəcəksən deyə bəzən uzun müddət güzgüyə baxıram, hər şey sizin üçündür. Məncə, gözəl görünürəm”.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda daha bir həyət abadlaşdırılıb

SONRAKI XƏBƏR

Manaf Ağayev başına gələni danışdı - “Sağ-salamat qayıtmayasınız” + VİDEO