Manaf Ağayev başına gələni danışdı - “Sağ-salamat qayıtmayasınız” + VİDEO

Manaf Ağayev başına gələni danışdı - “Sağ-salamat qayıtmayasınız”  + VİDEO

Müğənni Manaf Ağayev sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Həmin Zaur" proqramının qonağı olan ifaçı başına gələn hadisəni danışıb.

O, paylaşdığı şəkilə görə izləyicilərinin ona qarğışlar yazdığını deyib:

“Bir dəfə hava limanında sənət dostlarımızla görüşmüşdük. Başqa şəhərə toya gedirdik. Dedim, gəlin, bir şəkil çəkdirək. Mirələm Mirələmov dedi ki, lazım deyil. Dedim, əşşi nolacaq şəkildir də. Paylaşdım. Bir az sonra Mirələm başqa bir səhifədən bir şərhi göstərdi. Bir nəfər yazmışdı: “Heç sağ-salamat qayıtmayasınız”. Ondan sonra əlimi üzdüm. Rəhmətlik Zöhrə Abdullayevanın oğlu dünyasını dəyişəndə yazmışdılar: “Yaxşı oldu sənə, oğlun öldü. Özündən çox razı idin”. Danışdıqca tüklərim biz-biz olur. Beləsinə nə deyəsən? Mən problemlərimi göstərməyi sevmirəm. Çıxıb efirdə ağlamalıyam ki?! Problemimi özümdə yaşayıram. İnsanlar çox aqressivləşiblər. Hamıya qarşı belə rəylər yazırlar. Söyülməyən müğənni yoxdur, hələ şükürlüsü mənəm. Ölənə qədər də oxuyacağam. Allah mənə səs verib, sənət verib”.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: yenisabah.az