Ukrayna Rusiyanın bu aktyorlarını “qara siyahı”ya saldı

Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi dövlətin milli təhlükəsizliyinə təhlükə hesab etdiyi mədəniyyət xadimlərinin siyahısını genişləndirib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Yenilənmiş siyahıya 2014-cü ildəki Luqansk hadisələri haqda Rusiya istehsalı olan filmin yaradıcı heyətinin adları (21 nəfər) əlavə edilib.

Onlar arasında “Solntsepek” filminin rejissorları Maksim Brius və Mixail Vasserbaum, prodüserlər Sergey Şeqlov və Genrix Ken, operatorlar Qarik Jamqaryan, Aleksandr Polaqayev, Vladislav Qurçin, baş rol ifaçıları Vladimir İlyin, Aleksey Kravçenko, Maksim Daxnenko, Marina Denisova, Andrey, Nikita və Svetlana Terentyevlər və digərləri var.

Hazırda sözügedən siyahıda ümumilikdə 227 ad var.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Qardaşını itirən Xatundan yeni paylaşım

SONRAKI XƏBƏR

Deyəsən, düz danışan elə Artsrun Karapetoviçdir