“Bilmirəm bizə niyə xalq artisti adı vermirlər“ - Cavanşir Məmmədov

“Bilmirəm bizə niyə xalq artisti adı vermirlər“  - Cavanşir Məmmədov

“Mən fəxri adlarla bağlı məsələlərə artıq dəfələrlə münasibət bildirmişəm. Düşünürəm ki, bu haqda əlavə nəsə deməyə ehtiyac yoxdur”

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni on altı il bundan öncə Əməkdar artist fəxri adına layiq görüldüyünü bildirib:

“Biz Firuzə xanımla on altı il öncə Əməkdar artist fəxri adına layiq görülmüşük. Bizə indi Xalq artisti fəxri adını niyə vermədiklərini bilmirəm. Siz jurnalistlər gedin bunun səbəbini araşdırın. Qaldı ki, Firuzə xanımın mənzil şəraiti pisdir deyə bununla bağlı narazılığını bildirmişdi. Əlavə nə lazım olsa, Firuzə xanımın özündən soruşun”.

Qeyd edək ki, Əməkdar artist Firuzə İbadova bir neçə gün öncə illərdir Xalq artisti fəxri adına layiq görülməməsiylə bağlı mətbuata açıqlamasında öz narazılığını bildirmişdi. Müğənni həmçinin mənzil şəraitinin də pis olduğunu demişdi. Onu da bildirək ki, Firuzə İbadova və Cavanşir Məmmədov uzun illər duet ortağı olublar.

Mənbə: yenisabah.az