Avtobusa minib, şəhərdə gəzən Elza Seyidcahanı tanımadılar - VİDEO

Avtobusa minib, şəhərdə gəzən Elza Seyidcahanı tanımadılar - VİDEO

Əməkdar artist Elza Seyidcahan “Günün sədası” proqramında yer alan “Onunla bir gün” rubrikasının qonağı olub.

BAKU.WS xəbər verir ki, sənətçi aparıcı Vüqar Kamiloğlu ilə birlikdə əvvəl metronun 20 Yanvar ərazisində gəzib.

Vüqar rubrikanın formatına uyğun oradakı insanlara yaxınlaşaraq Elza Seyidcahanı tanıyıb-tanımadıqlarını soruşub.

Onların böyük əksəriyyəti ifaçını tanımayıb. Daha sonra Seyidcahanla aparıcı "193" nömrəli avtobusa minərək metronun 20 Yanvar ərazisindən uzaqlaşıb.

Onlar "BakıKart"ları olmadıqları üçün kartla işləməyən nəqliyyat vasitəsindən istifadə etməli olublar. İlk dəfə avtobusa minən Elza Seyidcahan uzun müddət ayaq üstə qalıb. Daha sonra sərnişinlərdən biri Əməkdar artistə yer verib və o, əyləşib.

Mənbə: baku.ws