Canəli Əkbərovun oğlu xəbərləri YALANLADI: "Mən elə söz deməmişəm" - AÇIQLAMA

“Atam komaya düşməyib, mən elə söz deməmişəm”.

Bunu komaya düşdüyü deyilən Xalq artisti, xanəndə Canəli Əkbərovun son durumu ilə bağlı sualımızı cavablandırarkən oğlu Sabir Əkbərov Yenicag.az-a açıqlamasında deyib.

S.Əkbərov xanəndənin yaxşı olduğunu bildirib:

“Mən deməmişəm, atam komaya düşüb. Şəkəri qalxdığına görə vəziyyəti pisləşib. İndi yaxşıdır. Günü-gündən, saatbasaat vəziyyəti yaxşılAşır. Yəni halı pisləşmişdi, indi yaxşıdır”.

Qeyd edək ki, “Report”da yayılan xəbərə görə, oğlu Sabir Əkbərov atasının komaya düşdüyünü deyib.

Cəvahir

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək

SONRAKI XƏBƏR

“Pişik“ Günel həmkarını biabır etdi - “Özünü tanımayan, yiyəsiz!“ – QALMAQAL