3 kiloluq balon görən Roza Rəqsanəni xatırladı - “Məni vurub keçdi“ – VİDEO

3 kiloluq balon görən Roza Rəqsanəni xatırladı - “Məni vurub keçdi“ – VİDEO

Müğənni Roza Zərgərli 3 kiloluq balonu görən kimi həmkarı Rəqsanə İsmayılovanı xatırlayıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Söhbət var” proqramının qonağı olan müğənni ona göstərilən əşyaların kimə məxsus olduğunu təxmin etməyə çalışıb.

Kompot balonunu görən Zərgərli Rəqasanənin adını çəkib:

“Mən əl qabiliyyəti yaxşı olan qızlarımızdan Rəqsanəni xatırlayıram. Çünki balon bağlayır, turşu qoyur, yeməklər bişirir. Oxumağı da var. Oxumaqla biş-düşü bir yerdə yürütmək adamın işi deyil. Mən o şeydə yaxşıyam, amma Rəqsanə məni vurdu keçdi. Yad eldə elədir. Burada hər şey əlinin altında olur, amma orada məcbursan hər məhsulu özün hazırlayasan. Mən özüm də Rusiyada yaşamışam. Elə yemək bişirməyi də orada öyrənmişəm”.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: yenisabah.az