Aktrisa rəfiqəsinin keçmiş əri ilə sevgilidir

Aktrisa rəfiqəsinin keçmiş əri ilə sevgilidir

Müğənni Seda Sayanın oğlu Oğulcan Engindən ayrılan aktrisa Ezgi Eyüboğlu yeni münasibətə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa dizayner Kerim Çarmıklı ilə eşq yaşamağa başlayıb. Ezginin yeni sevgilisinin kimliyi də maraq doğurub. Kerimin aktrisanın rəfiqəsi Zeynep Selvilinin keçmiş həyat yoldaşı olduğu ortaya çıxıb.

Münasibətə başladıqdan sonra Ezginin Zeynepi instaqramda izləmədən çıxartması diqqətdən yayınmayıb. Eyni addım isə rəfiqəsi tərəfindən atılmayıb.

Qeyd edək ki, Ezgi hazırda "Təşkilat" serialında Ceren obrazını canlandırır.

Mənbə: news.milli.az