Şəbnəm Günayı təkrarladı

Şəbnəm Günayı təkrarladı

Müğənni Şəbnəm Tovuzlu instaqramdakı son fotoları ilə diqqət çəkib. Belə ki, sənətçi ard-arda eyni eynəklə foto çəkdirərək rəsmi hesabında yayıb.

Milli.Az olay-a istinadən yazır ki, Tovuzlunun sözügedən görüntüsü müzakirə yaradıb, Şəbnəm uzun illərdir "bayağı" mövzusunda qalmaqal yaşadığı müğənni Günay İbrahimlini xatırladıb.

Bu məqamda bildirək ki, Günay 2020-ci ilin yayında yaxtada şəkillər çəkdirən zaman həmin model göz aksessuarından istifadə etmiş, eynəyinin onun ideasının məhsulu olduğu vurğulamışdı.

Qeyd edək ki, G. İbrahimli Ş, Tovuzlunu bayağı ifaçı adlandırmış, onu dinləmədiyini bildirmişdi. Qarşı tərəf isə gənc ifaçıya cavab vermiş, həmkarının trendə düşmədiyini qeyd etmişdi.

Milli.Az

Mənbə: news.milli.az