“Janrı bir-birindən ayıra bilmir” - Brillianta söz atdı

“Janrı bir-birindən ayıra bilmir” - Brillianta söz atdı

Müğənni İlqar Xəyal "10-da görüşək" verilişində "Səs Azərbaycan" layihəsindən danışıb.

Milli.Az olay-a istinadən yazır ki, o, münsiflərdən narazı olduğunu söyləyib. Sənətçi ad çəkməsə də Brilliant Dadaşovaya söz atıb:

"Çox çatışmayan cəhətlər var. Burada təşkilatçılıq, orkestrdən, iştirakçılardan getmir. Münsiflər heyətində oturan elə ifaçılar var ki, onlar harmoniyanı harmoniyadan seçə bilmir, Do ilə Re arasındakı məsafəni bilmirlər. Bu insan necə ifaçının potensialını təyin edə bilər? Anlaya bilmirəm. Musiqi janrlarını bir-birindən ayırmağı bacarmaq lazımdır - soulu popdan, popu rokdan. Kvartanı kvintodan ayırmaq lazımdır. Bir səsin bir formadan digər formaya keçməsini izah etmək istəyir. Leqato demək istəyir, deyə bilmir. Qayıdır ki, sən "pır-pır" söylədin, demək istəyir ki, moderat etdin. Bu sözün mənasını bilmir axı. İnsanın musiqi savadı yoxdur, əgər ona xoş təsir göstəribsə, onu seçir. Elə ifaçı ola bilər, elə əsər ifa edə bilər ki... Onun klassik ifadan nə başı çıxsın axı?".

Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova "Səs Azərbaycan"ın birinci bölümündə rok və pop janrını ayırd edə bilmədiyi üçün tənqid edilmişdi.

Mənbə: news.milli.az