Qəzaya düşən Əməkdar artistin son vəziyyəti açıqlandı

Qəzaya düşən Əməkdar artistin son vəziyyəti açıqlandı

Oktyabrın 26-da avtomobil vurması nəticəsində xəstəxanalıq olan Əməkdar artist, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Elizbar Osmanovun son vəziyyəti açıqlanıb.

Yaxınları "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan rəqqasın vəziyyəti orta ağır qiymətləndirilir:

"Daxili qanaxması dayanıb. Huşu yerinə gəlib. USM edəcəklər. Nəticə yaxşı olsa, digər klinikaya köçürüləcək, müalicə olunacaq".

Qeyd edək ki, E. Osmanovu oktyabrın 26-da avtomobil vurub. Hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

 

 

 

Mənbə: big.az