“Seriallarda görünməməyimin səbəbi…” - Nişanlısı aktrisaya qadağa qoyub? / FOTO

“Seriallarda görünməməyimin səbəbi…” - Nişanlısı aktrisaya qadağa qoyub? / FOTO

Əvvəllər bir çox seriallarda baş rollara çəkilən tanınmış aktrisa Asya Atakişiyevanın son vaxtlar ekran işlərində görünməməsi sənət cameəsində söz-söhbətlərə rəvac verib. Pandemiyadan öncə nişanlanan aktrisanın nişanlısının ona sərt qadağa qoyması səbəbindən seriallara çəkilməməsi deyilir.

 

Yenicag.az-a açıqlama verən aktrisa məsələyə belə aydınlıq gətirib:

“Seriallarda görünməməyimin səbəbi heç də nişanlımla əlaqəli deyil. Pandemiya səbəbindən seriallara çəkilmədim, çünki ilk öncə sağlamlığımı daha çox nəzərə alırdım. Sonra da serialların sayı bir qədər azaldı, çəkilişlər ləngidi. Hazırda təkliflər alıram, düşünüb, dəyərləndirib qərar verəcəm.

Nişanlım mənə qadağa qoymayıb. Amma hər hansı bir çəkiliş barədə mütləq birgə məsləhətləşib, birgə qərar veririk. O da sənət adamıdır və mənim sənətimi də yüksək qiymətləndirir. Bu bizdə qarşılıqlı həyata keçirilir. O da hər hansı bir iş təklifi barədə mənimlə məsləhətləşir. Qaldı ki, çəkilişlərə, nişanlı olmamışdan da əvvəl mən hər rola çəkilmirdim. İndi də nişanlımla obrazı götür-qoy edib yekun qərar veririk”.

Cəvahir

Mənbə: yenicag.az