Rəqsanə İsmayılova: "127 min dollar istəyirdilər, günüm məhkəmələrdə keçirdi!" - VİDEO

Rəqsanə İsmayılova: "127 min dollar istəyirdilər, günüm məhkəmələrdə keçirdi!" - VİDEO

Müğənni Rəqsanə İsmayılova illər əvvəl qarşılaşdığı dələduzluq hadisəsindən danışıb.

BAKU.WS xəbər verir ki, sənətçi "Təsir dairəsi" proqramına bağlanaraq Əməkdar artist Elza Seyidcahanın obyektini əlindən alan Fərid və Faiq Azayev qardaşlarınının vaxtilə ondan 127 min dollar (215 min 900 AZN) tələb etdiyini bildirib:

"Bu hadisə bir neçə il əvvəl olub. Həmin insanlarla çox böyük bir problem yaşamışdım. Bu hazırda da davam edir. Onlar Elza xanıma böyük bir məbləğ ödətdirirlər. Restorana gedəndə qabağımı kəsir, tərbiyəsiz sözlər deyir, söyüş söyür, biabırçı hərəkətlər edirdilər.

Bütün bunlardan sonra mən məcbur qalıb onlara pul ödəyirdim. Bir avtomobillərini mənə satmışdılar. Mən maşını sürəndə qəza törətmişdim. Onu düzəltdirmək üçün 15 min dollar (25 min 500 AZN) pul lazım idi. Amma onlar məndən 127 min dollar (215 min 900 AZN) tələb etdilər. Günüm məhkəmələrdə keçirdi. Hara gedirdimsə qabağaımı kəsib pul istəyirdilər. Başıma o qədər oyunlar gətirdilər ki. Bu gün də mən onlara pul ödəyirəm. Sonra eşitdim ki, onlar iyrənc olaylarla həbs olunublar".

Mənbə: baku.ws