“Şou-biznesdə tərbiyəsizlik baş verir”

“Şou-biznesdə tərbiyəsizlik baş verir”

Müğənni Azad Şabanov “10-da görüşək” proqramında qonaq olarkən müzakirələrə səbəb olacaq açıqlamalar verib.

Minval.info xəbər verir ki, sənətçi verilişin dünənki efirində, əvvəlcə həmkarı Çingiz Mustafayevlə uzun illər aralarında olan soyuqluqdan danışıb:

“Bizim “Yeni ulduz” müsabiqəsində başqa məqamlar var idi. Görüşmürük, salam-sağ olumuz var. Onun Rusiyadakı fəaliyyətindən xəbərim yoxdu. İndiki ifa tərzini daha çox bəyənirəm”.

Şabanov daha sonra şou- biznesdə tərbiyəsizliyin baş alıb getdiyini bildirib:

“Şou-biznes sözünü dəyişiblkər. Özünüz görürsüz də… Şou-biznesdə tərbiyəsizlikdir. İş geyimdən, xarici görünüşdən getmir. Danışıqlar, maraqlar, mövzular, insanların bir-biri ilə ünsiyyətindən gedir. Hər şey acizləşib. Real həyatda da belədir. Danışsınlar, amma fikirləşib danışsınlar”.

Mənbə: minval.info