"Anam mənim üçün yoxdur" - tanınmış aktrisadan AÇIQLAMA

"Anam mənim üçün yoxdur" - tanınmış aktrisadan AÇIQLAMA

"Anamla küsülü deyiləm. Amma o, mənim üçün yoxdur. Övlad anasına nankorluq etsə, qəbul oluna bilər. Ana övlada qarşı etsə, yox..."

Bizim.Media xəbər verir ki bu sözləri tanınmış aktrisa Sonaxanım Əliyeva ATV-də yayımlanan "7 canlı" proqramında aparıcının, "ananızla küsülüsüz, hətta iş məhkəməyə qədər gedib çıxıb" sözlərinə münasibət bildirərkən deyib.

Sonaxanım Əliyeva qeyd edib ki, anasının ona niyə nifrət etdiyini özü də bilmir:

"Bir ana dünyaya övlad gətirirsə və ona əzab-əziyyət verirsə, balasına qarşı nifrət dolu addımlar atırsa... Mən sadəcə analı yetiməm. İllərdir bu həyatda hər şeyi uddum. Ona görə ki, dediyiniz kimi, cənnət anaların ayaqları altındadır".

Alçina Amilqızı

Mənbə: bizim.media