Qara Qarayevin xatirəsinə musiqi gecəsi - VİDEO

Qara Qarayevin xatirəsinə musiqi gecəsi - VİDEO

Moskvanın Xalq Təsərüfatı naliyyətləri sərgi mərkəzində yerləşən Azərbaycan pavilonunda Qarayevin Musiqi gecələri adlı konsert proqramı təşkil edildi.

Moskva Uşaq Musiqi Məktəbi tərəfindən təşkil edilən konsertdə paytaxtın digər musiqi ocaqlarının tələbələri də iştirak etdilər. 20-ci əsrin dahi musiqicilərinin əsərlərinin də sələndiyi konsertin əsasə məqsədi Qara Qarayev yaradıcılığını Rusiyda tanıtmaq və təbliğ etmək oldu.

Tədbirdə çıxış edən natiqlər Qara Qarayevin tək Azərbaycan musiqi tarixinə yox, dünya musiqi tarixində xüsusi yerə malik olduğunu bildirdilər.

Q.Qarayev adına Uşaq Musiqi Məktəbinin direktoru Andrey Leonov isə öz növbəsində “ Qarayev musiqisi gecələri” silsiləsindən konsertlərin yaxşı ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.

Nəzərinizə çatdıraq ki, Qara Qarayev adına musiqi məktəbi ölkəmizdən kənarda görkəmli Azərbaycan bəstəkarının adını daşıyan yeganə təhsil ocağıdır.

Mənbə: www.realtv.az