“Onsuz kamera qarşısına keçmək çox çətin idi...” - Fotolar

“Onsuz kamera qarşısına keçmək çox çətin idi...”  - Fotolar

Müğənni Xatun Əliyeva stilist qardaşı Balaşın vəfatından sonra ilk dəfə fotosessiya etdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqramda bildirib.

“Balaşsız kamera qarşısına keçmək, hansısa işləri görmək, yaratmaq, təqdim etmək doğrudan da çox çətindir”, - deyə Əliyeva “Səndən sonra” adlı fotosessiyası haqda yazıb.

Müğənninin geyimlərini modelyer Şəlalə Maqsudova hazırlayıb, stili üzərində İdo çalışıb. Fotoların müəllifi Ruslan Teymurfulatovdur.







Mənbə: qafqazinfo.az