Bu da aktyorun Günaydan olan oğlu - FOTO

Bu da aktyorun Günaydan olan oğlu - FOTO

"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karelin qızı ilə paylaşdığı fotosu müzakirələrə səbəb olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktyor övladı ilə şəklinə "İlk göz ağrım" şərhini yazıb. Bu isə izləyicilərin etirazına səbəb olub. Onlar "İlk göz ağrınız Türkiyədəki oğlunuz deyil?", "Digər oğlunuza nə oldu? O da sizin övladınız deyil?" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. Hazırda Amerikada yaşayan aktyorun 2-ci evliliyindən 4-cü övladı dünyaya gələcək.

 

Mənbə: news.milli.az